Nazir müavini: “Bu ilin birinci yarısında “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə 1375 cinayət işi başlanıb”

“Bu ilin 6 ayı ərzində “102” Zəng mərkəzinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 4302 hüquqazidd əməlin qarşısı alınıb, 1375 cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün Daxili İşlər Nazirliyində (DİN) 2015-ci ilin birinci yarısında görülən işlərə həsr olunmuş kollegiya iclasında nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov məlumat verib.

O qeyd edib ki, “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 43 cinayət açılıb, 5764 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 77 hadisə aşkarlanıb, axtarışda olan 56 avtomobil saxlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri