Bakıda sərnişin avtobusu dayanacağa çırpılıb, səkkiz nəfər xəsarət alıb

Bakıda yol qəzası baş verib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qəza Qara Qarayev prospektində qeydə alınıb.

15 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu idarəetməni itirərək dayanacağa çırpılıb.

İlkin məlumata görə, qəza zamanı 8 nəfər xəsarət alıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri