Tovuzda baş verən qəzada bir ailə məhv olub

[ 10 İyul 2015 13:14 ]
FOTOSESSIYA



Ölənlərin dördü də bir ailənin üzvüdür

Tovuzda rayonunun Qovlar qəsəbəsində baş verən yol qəzasında ölənlərin kimlikləri məlum olub.

APA-nın verdiyi məlumata görə, qəzada ölənlərin hamısı bir ailənin üzvləri olub. Onlar “Mercedesin” sürücüsü, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Nadir Məmmədov, onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Nərmin Tanrıverdiyeva, övladları, 10 yaşlı Aslan və 3 yaşlı Əsmadır.

***


Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə bu səhər saat 08.30 radələrində rayonun Qovlar qəsəbəsi ərazisində qeydə alınıb.

Qazaxdan Bakıya sərnişin daşıyan "Daewoo" markalı avtobusla "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində "Mercedes"də olan iki nəfər hadisə yerində ölüb.

Avtobusda olan 10-dan artıq sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralılar xəstəxanaya aparılarkən bir azyaşlının yolda dünyasını dəyişdiyi bildirilir.

Daha bir nəfər isə xəstəxanada vəfat edib. Xəstəxanadan qəzada xəsarət alan 10 nəfərə yardım göstərildiyi açıqlanıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri