İlqarə Kazımova sevgili xəbərinə aydınlıq gətirdi

İlqarə Kazımova sevgili xəbərinə aydınlıq gətirdi Bu gün yerli mediada xalq artisti Aygün Kazımovanın qızı İlqarənin sevgilisi deyilən bir oğlanla şəkli yayılıb.


Live.Az məlumatına görə, hazırda Türkiyədə olan İlqarə Kazımova məsələ ilə bağlı açıqlama verib. O, bu xəbəri gülərək qarşılayıb.


“O, mənim sevgilim deyil. Anamın fotoqrafıdır. Mənim isə ən yaxın dostlarımdan biridir. Jurnalistlər birinci dəfə deyil mənim haqda bu cür şayiələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.,- deyə müğənni bildirib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri