Gəncədə minik avtomobili avtobusla toqquşub, xəsarət alan var

Gəncədə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın verdiyi məlumata görə hadisə iyulun 8-də, axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

VAZ 2107 markalı avtomobillə sərnişin daşıyan “İsuzu” markalı avtobusun toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü Xaliq Yusifov bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri