Bakı sakini ona qarşı 180 min ABŞ dolları miqdarında dələduzluq edildiyini iddia edir

Bakı sakini ona qarşı külli miqdarda dələduzluq edildiyini iddia edir.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Natiq Alı oğlu Hümbətov 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, 1977-ci il təvəllüdlü İlham Dilqəm oğlu Məmmədov onun etibarından sui-istifadə edərək 180 min ABŞ dollarını alaraq qaytarmayıb.

Hazırda polis ərizə üzrə araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri