Qaradağda üç yük avtomobili toqquşub

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Ümid qəsəbəsinin ərazisində qeydə alınıb.

İki "KamAZ" və bir "Mercedes" markalı yük avtomobilləri toqquşub.

Nəticədə hər üç avtomaşının sürücüsü ağır xəsarətlər alıb.

toqquşma nəticəsində yük maşınlarından birinin yanacağı yola dağıldığından əraziyə FHN-nin yanğınsöndürənləri də cağırılıb.

Nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Hər üç avtomaşın yol kənarına çəkildikdən sonra nəqliyyatın hərəkəti normallaşıb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri