Bakı-2015: İlham Zəkiyevə qızıl medalı ölkə prezidenti təqdim edib

Bakı-2015 I Avropa Oyunlarının paracüdo yarışlarında iştirak edən Azərbaycan idmançısı İlham Zəkiyev qızıl medal qazanıb.

APA-nın məlumatına görə, +90 kq çəki dərəcəsində mübarizə aparan Zəkiyev finalda ukraynalı Aleksandr Pominovu məğlub edib.

Zəkiyevin final görüşünü Azərbaycan prezidenti İlham Əliyev də tribunadan canlı izləyib. Mükafatlandırma mərasimində iştirak edən ölkə başçısı həm ona, həm də bu çəkidə bürünc mükafata sahib çıxan digər idmançımız Zakir Mislimova medalı təqdim edib.

Mükafatlandırma mərasimi zamanı Azərbaycan prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb.

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri