Azərbaycanın 2 boksçusu qızıl medal qazanıb

Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışları keçirilir.


APA-nın məlumatına görə, kişilər arasında 52 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Elvin Məmişzadə finalda qələbə qazanıb. 23 yaşlı idmançımız Böyük italiyalı Vinçenzo Pikkardiyanı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edərək qızıl medalın sahibi olub.


64 kq çəkidə isə Azərbaycan təmsilçisi Lorenzo Sotomayoru finalda Vinçenzo Manqiakapre ilə qarşılaşıb və qalib gəlib - 3:0 (29:28; 29:28; 29:28) hesabı ilə xeyrinə bitirib.

Bu, boks komandamızın 3-cü, yığmamızın isə 17-ci qızıl medalı olub.
Şərhlər
İdman bölməsinin xəbərləri