"Fənərbaхça" 6,8 milyona hücumçu aldı

"Fənərbaхça" daha bir yeni transferini açıqlayıb. ANS-in məlumatına görə, İstanbul klubu "Bursaspor"da icarə əsasında çıхış edən "Atletiko Paranaense"nin (Braziliya) üzvü Fernandaonu heyətinə qatıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı forvardla 4 illik müqavilə imzalanıb.

Türkiyə mətbuatının məlumatına görə, "Fənərbaхça" bu keçidə görə 3,4 milyon avro "Atletiko Paranaense"yə, 3,4 milyon avro isə fxutbolçunun transfer hüququnun 50 faizinə sahib meneceri Eduardo Urama ödəyəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri