Bakı-2015: Teymur Məmmədov boks yığmamıza ilk qızıl medalı qazandırıb

ilk 4 döyüşündə rəqib tanımayan Teymur Məmmədov bu gün boks yığmamıza ilk qızıl medalı qazandırıb. APA-nın məlumatına görə, yarımfinalda rusiyalı Pavel Silyaginə çətin anlar yaşadan Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi həlledici görüşdə italiyalı Valentino Manfredoniaya da gücünü göstərib. O, çempionluq döyüşünü də aktivinə yazmaqda ciddi müqavimətlə üzləşməyib. Manfredonianı 3:0 (30:27; 30:27; 30:27) hesabı ilə məğlub edən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, yığmamızın 15-ci “qızıl”ı, ümumilikdə isə ölkəmizin 44-cü mükafatı olub.
Şərhlər
İdman bölməsinin xəbərləri