Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı dövlət qiymətli kağızları hesabına ödəniləcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1282-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, qanunun 12.2-ci maddəsi aşağıdakı redaksiyada verilir:

“12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür”.

Həmçinin, aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilir:

“13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.

Bundan başqa, 14.2-ci maddə aşağıdakı redaksiyada verilir:

“14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri