Qarabağ klubu Avroliqanın qrup mərhələsinə çıxıb

Qarabağ klubu Avroliqanın qrup mərhələsinə çıxıb "Qarabağ" tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

"Qarabağ" klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində bu gün səfərdə "Tvente"nin qonağı olub.

Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Qarabağ" səfərdən sərfəli nəticə ilə qayıdıb. Oyun 1:1 hesabı ilə başa çatıb (Kastanyos, 37 (1:0), Muarem Muarem, 51 (1:1).

Xatırladaq ki, 2009/2010 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində məhz "Tvente" ilə qarşılaşmışdı. Hollandiyada 1:3 hesabı ilə uduzan

"Qarabağ" Bakıda rəqibi ilə 0:0 bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.

"Neftçi" isə öz meydanında Serbiyanın "Partizan" klubuna 1:2 hesabı ilə uduzaraq Avropa Liqasındakı mübarizəsini dayandırıb.
Şərhlər
İdman bölməsinin xəbərləri