Aysel Babayeva və AzeriLife Music yeni mahnı hazırlayılar

Aysel Babayeva və AzeriLife Music yeni mahnı hazırlayılar Gənc müğənni Aysel Babayeva və “AzeriLife İNC” birlikdə yeni mahnı üzərində işləyirlər.

“Böyük səhnə”, “Eurovision 2013” müsabiqəsinin seçmə mərhələsinin finalçısı olan Aysel bu mahnıya klip də çəkdirəcək.

Müğənninin yeni mahnısının sözləri və aranjimanı Fərid Məmmədova, musiqisi Rasif Babayev və Fərid Məmmədova aiddir. Mahnıdakı bəzi effektlərlə (SFX) dicey Əli Abbasov məşğul olacaq.

Fərid və Aysel mahnı haqqında tam açıqlama vermir. Onlar yalnız bəstənin bir xanım obrazını əks etdirəcəyini deyiblər.

Tamaşaçılar mahnını ilk dəfə kliplə birlikdə dinləyə biləcəklər.

Aysel Babayeva və AzeriLife Music yeni mahnı hazırlayılar

Aysel Babayeva və AzeriLife Music yeni mahnı hazırlayılar

Aysel Babayeva və AzeriLife Music yeni mahnı hazırlayılar
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri