"Qarabağ" Çempionlar Liqasında sonuncu oyununu keçirib


Çempionlar Liqasında VI tura start verilib.

LİVE.az-ın məlumatına görə, qrup mərhələsinin son turunda  “Qarabağ” meydana çıxıb.
 
Azərbaycan çempionu səfərdə “Roma” ilə görüşüb.
 
C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdırıb.
 
İlk hissədə tərəflər heç-heçə ilə bitirib. İkinci yarıda isə meydan sahibləri fərqləniblər. Cekonun zərbəsindən sonra Şehiçdən geri dönən topu Perotti tora qovuşdurub.
 
Oyunda başqa qol olmayıb və "Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə vida edib.
 
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
5 dekabr
 
“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0
Qol: Perotti, 53
 
Baş hakim: Tobias Stieler
Roma. Olimpiya stadionu
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri