Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib

Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib




Bakıda keçirilən Azerbaijan GP-də etdiyi hərəkətə görə Sebastyan Fettel (“Ferrari”) üzr istəyib.



Live.az xəbər verir ki, Bakıda yarış zamanı pilotlar təhlükəsizlik avtomobili trasdan çıxan zaman Fettel Hamiltonun bolidini arxadan vurub.


Fettel hesab edib ki, rəqibi avtomobilini bilərəkdən saxlayıb ki, arxadan onu vursunlar. O, bu səbəbdən qabağa keçərək, Luis Hamiltonla (“Mercedes”) bolidinə yandan da toxunub.


Bu məqamla əlaqədar qalmaqal artıq ikinci həftədir ki, çox sayda iradlara tuş gəlib.


Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib



İyulun 3-ü Fettel öz rəsmi səhifəsində açıqlama yayıb və etdiyi hərəkətə görə üzr istəyib:


“Restart turunda, Luis tərəfindən edilən hərəkətləri mən təcübləndirdi və və mən onunla toqquşdum. Sonradan başa düşüdüyüm qədəri ilə, onun hərəkətlərində pis niyyət olmadığına inanıram”

“Həmin an çox qəzəblənib və həddinən artıq reaksiya verdim və buna görə Luisdən və bu yarışmanı izləyənlərdən üzr istəməliyəm. Başa düşürəm ki, bununla çox pis nümunə verdim”

“Heç vaxt Luisi təhlükəyə atmaq fikrim yox idi, ancaq çox təhlükəli anın yaranmaöına səbəb olduğumu başa düşürəm.”

“Buna görə FİA-dan da üzr istəyirəm. Bu gün Parisdə alınan qərarlar ve Bakıda hakimlərin verdiyi cəzanı qəbul edirəm..”

"Bu idman növünü sevirəm və gələcək nəsillərə nümunə olmağı üçün çalışıram.“, - deyə Fettel öz rəsmi səhifəsində bildirib.


Fettelin Bakıda baş verən insidentlə əlaqədar verdiyi açıqlamanı bir çox plkınin reytinqli KİV-ləri işiqlandırıb.


Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib



Fettel və Hamiltonun toqquşma anı:






Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib

Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib

Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib

Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib

Fettel Bakıda etdiyi hərəkətə görə üzr istəyib
Şərhlər
İdman bölməsinin xəbərləri