Lider Tv-də yeni iddialı Maqazin verlişi efirə çıxır

Lider Tv-də yeni iddialı Maqazin verlişi efirə çıxır Bu gündən etibarən hər şənbə axşam saat 21:00-da Lider telekanalında şou-biznes xəbərlərindən bəhs edən "Lider Maqazin" verilişi yayımlanacaq.


Live.az-a yaradıcı heyətdən verilən məlumata görə, yeni verlişin aparıcısı Türkan Heydərova olacaq. Verilişdə müxbirlər isə Aytac Bayramzadə və Nicat Məlikdir.


İlk buraxılışında Nazpəri Dostaliyeva şəxsi həyatı barədə hünər edib danışanlara şiddətli sözlər deyəcək ve köhnə ilin son günü baş verən qalmaqalla hadisə barədə özəl açıqlama verəcək.


Digər özəl açıqlama verən isə Könül Kərimovadır, o ailəsində baş verən hadisə barədə ilk dəfə danışacaq. Bir neçə gündür səhhətində yaranan problemlə mətbuatın gündəmində olan Nurlan Əzizbəylini də xəstə yatağında ziyarət edən Lider maqazin əməkdaşları oldu. Lider maqazinin növbəti müsahibi meyxanaçı Pərviz Bülbülə olacaq.


Gündəmi silkələyəcək daha bir açıqlamaların sahibləri isə produser Tolik və Nadir Qafarzadə olacaqlar. Hər ikisi barədə hazırlanan maraqlı sujetdə tanınmışlar maqazin aləmində çox danışılacaq mövzuların təməlini qoydular.


Hər həftə bir məşhurun kompleksizliyini yoxlayacaq Lider maqazin əməkdaşları ilk verilişdə Günay Ibrahimli ilə şəhərin mərkəzi küçələrinin birində müsahibə ediblər və orada Günay şəxsi həyatı ilə bağlı bir çox sirrlərini açacaq.


Növbəti ekskluziv xəbər isə Natavan Həbibi tərəfindən gəldi. Verilişə müsahibə verən Natavan sevib seçdiyi bəyin adını və üzünü ilk dəfə Lider maqazində bəlli etdi.


Ekskluzivlərlə bol olan verilişdə Elçin Cəfərov da yeni mahnısını təqdim edəcək.


Lider Tv-də yeni iddialı Maqazin verlişi efirə çıxır


Lider Tv-də yeni iddialı Maqazin verlişi efirə çıxır


Lider Tv-də yeni iddialı Maqazin verlişi efirə çıxır


Lider Tv-də yeni iddialı Maqazin verlişi efirə çıxır
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri