“İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun nədə ittiham olunduğu məlum olub

“İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun nədə ittiham olunduğu müəyyənləşib.

Nərimanov Rayon Məhkəməsindən APA-ya verilən məlumata görə, F. Muradov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Ötən gün Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında F. Hüseynov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri