Hәmsәdrlәr Azәrbaycanın xarici işlәr naziri ilə görüşüblәr

ATӘT-in Minsk qrupunun hәmsәdrlәri bu gün Parisdə Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşüblәr.

APA-nın mәlumatına görә, bu barədə ATӘT-in Minsk qrupunun amerikalı hәmsәdri Ceyms Uorlik özünün "Twitter" sәhifәsindә yazıb.

"Biz nazir Elmar Mәmmәdyarovla Azәrbaycan vә Ermәnistan prezidentlәrinin müzakirә edәcәyi әsas mәsәlәlәr әtrafında fikir mübadilәsi apardıq", - deyə diplomat qeyd edib.

Xatırladaq ki, həmsədrlər ötәn gün Ermәnistanın xarici işlәr naziri Edvard Nalbandyanla da görüşüblәr.
Şərhlər
Siyasət bölməsinin xəbərləri