Azər Qasımov Saakaşvilinin Azərbaycan prezidenti ilə "bağlı qapılar arxasında" görüşməsi barədə xəbərlərə münasibət bildirib

"Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər barədə məlumat bir qayda olaraq dövlət başçısının rəsmi internet səhifəsində və digər rəsmi saytlarda yerləşdirilir"

Bir sıra daxili və xarici media orqanlarında Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə "bağlı qapılar arxasında" görüşməsi ilə bağlı xəbərlər yayılıb.

APA-nın "Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin Azərbaycan prezidenti İlham Əliyevlə "bağlı qapılar arxasında" görüşməsi ilə bağlı xəbərlər nə qədər həqiqətə uyğundur" sualına cavabında Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov bunları deyib: "Azərbaycan Respublikası Prezidentinin keçirdiyi görüşlər barədə məlumat bir qayda olaraq dövlət başçısının rəsmi internet səhifəsində və digər rəsmi saytlarda yerləşdirilir. Prezidentin görüşləri ilə bağlı hər hansı məlumatla bağlı həmin ünvanlara müraciət edə bilərsiniz ".
Şərhlər
Siyasət bölməsinin xəbərləri