Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb

Aprelin 25-də Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 mini ötüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nepal baş nazirinin müavini Bam Dev Qautam deyib.

“Dağıntıların altından 6 min nəfərin meyiti tapılıb. Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayı 11 mini ötüb”, deyə Qautam bildirib.

Bundan əvvəl Nepalın baş naziri Suşil Koirala ölənlərin sayının 10 mindən çox olmasını ehtimal etmişdi. Onun sözlərinə görə, xilasedicilər Nepalın bir sıra ucqar bölgələrinə çata bilmirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri