Azərbaycanın daha bir bankı e-arayışlar verəcək

"NBC bank" ASC kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim etməyə başlayıb. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir.

Bu elektron xidmət vasitəsilə vətəndaş banka getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka göndərə bilərlər.

"Elektron Hökumət” portalı vasitəsilə elekton arayışı həftənin bütün günlərində, sutkanın istənilən vaxtı əldə etmək mümkündür. Beləliklə, elektron arayışlardan istifadə etməklə vətəndaşın harasa getmək, növbə gözləmək kimi qayğıları bir dəfəlik həll edilmiş olacaq.

Qeyd edək ki, MHM-nin layihəsinə artıq "Bank Respublika", "Unibank", "Bank of Baku", "AccessBank", "Muganbank", "Bank BTB", "AGBank", "Expressbank", "Azərbaycan Beynəlxalq Bankı", "Rabitabank", "İnkişaf üçün maliyyə" bank olmayan kredit təşkilatı, "Ansar Leasing" və digərləri qoşulublar.

Gələcəkdə bu sahədə digər banklarla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri