BBC: Suriyalı erməni qaçqınlar Dağlıq Qarabağda yerləşdirilir

BBC-nin əməkdaşı Reda El Mavi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən reportaj hazırlayıb.

APA-nın məlumatına görə, reportajda Suriyada müharibədən qaçaraq Ermənistana gələn 15 mindən artıq Suriya ermənisinin Ermənistanın bəzi şəhərlərində, habelə işğal altında olan Azərbaycan ərazilərində yerləşdirildiyi bildirilir.

Reportajda qeyd olunur ki, Suriya erməniləri Dağlıq Qarabağda müharibənin ağır şərtləri altında yaşamaq məcburiyyətindədirlər.
Şərhlər
Siyasət bölməsinin xəbərləri