Misir beynəlxalq iqtisadi konfrans çərçivəsində 30 mlrd. dollardan çox sərmayə cəlb edib

Misir hökuməti beynəlxalq iqtisadi konfrans çərçivəsində iki gün ərzində ölkəyə 30 mlrd. dollardan çox həcmdə sərmayə cəlb edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin planlaşdırma və inzibati islahatlar naziri Əşrəf Ərəbi bildirib.

“Forumun ikinci gününün sonuna Misir iqtisadiyyatına cəlb olunmuş sərmayələrin həcmi 30 mlrd dollar təşkil edib”, deyə Ərəbi bildirib.

Nazir qeyd edib ki, ilk dövrdə bütün investisiya layihələrinin reallaşdırılması üçün 60 mlrd. dollaradək vəsait gərəkdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Küveyt Misirə 12 mlrd dollar həcmində (hər biri 4 mlrd. dollar) yardım paketinin ayrıldığını elan edib. Oman isə yaxın 5 il ərzində Misirə 500 mln dollar ayıracağını bəyan edib.

Bundan başqa, ötən gün Britaniyanın bp neft-qaz korporasiyası, İtaliyanın ENI şirkəti və Almaniyanın Siemens konserni Misirə ümumilikdə 25 mlrd. dollar həcmində sərmayə yatıracaqlarını elan ediblər.

Qeyd edək ki, ötən gün Misir hökuməti və BƏƏ-nin Gulf Investment Сorporation investisiya şirkəti arasında ölkənin şərqində yeni inzibati paytaxtın tikintisinə dair saziş imzalanıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri