Elektron ticarət vasitəsilə alınan mobil telefonların Azərbaycana idxalında xüsusi qayda tətbiq olunacaq

Azərbaycana elektron ticarət vasitəsilə gətirilən mobil telefonlara xüsusi qayda tətbiq olunacaq.

APA xəbər verir ki, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Ə. Abbasov bildirib ki, 2013-cü ildə elektron ticarət vasitəsilə həyata keçirilən ticarətin dövriyyəsi 1,7 mln. manat, 2014-cü ildə isə 20 mln. manat olub.

“Bu yaxşı göstəricidir və məhsulların elektron ticarət vasitəsilə əldə olunması cəmiyyət içərisində məşhurlaşıb. Lakin bəziləri bu vəziyyətdən öz xeyirlərinə istifadə etməyə başlayıblar. Buna görə də biz hüquq təşkilatları ilə elektron ticarət vasitəsilə ölkəyə daxil olan məhsullara xüsusi rejimin tətbiq olunması ilə bağlı plan hazırladıq”, - deyə Əli Abbasov bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri