Azərbaycanda mənzillərin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin siyahısı dəyişir

Azərbaycanda mənzillərin özəlləşdirilməsi zamanı tələb olunan sənədlər sırasına mənzil kirayəsi müqaviləsi də əlavə edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, mənzilin özəlləşdirməsi zamanı mənzil sahəsinin orderi və ya mənzil kirayəsi müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam tələb olunacaq.

Qanun layihəsi mənzil kirayəsi müqavilələrinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas kimi müəyyən edilməsi məsələlərini nəzərdə tutur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri