Azərbaycan manatı iki ildən sonra dollara nisbətən ucuzlaşmağa başlayıb

Azərbaycanın milli valyutası olan manat təxminən iki illik fasilədən sonra ABŞ dollarına nisbətən ucuzlaşmağa başlayıb.

APA-nin məlumatına görə, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi məzənnələrinə əsasən, bu gün 1 manat 0,7848 dollar səviyyəsində qərarlaşıb. Sonuncu dəfə bu göstərici 2013-cü ilin martın 29-da qeydə alınıb. O vaxtdan bəri 23 ay ərzində manatın dollara nəzərən məzənnəsi daim möhkəmlənib.

Qeyd edək ki, bu ilin yanvarın 1-dən 1 ABŞ dollarının rəsmi məzənnəsi 0,7844 manat səviyyəsində olub.

Beləliklə, AMB-nin ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçidlə bağlı qərarından sonra manat 0,05% ucuzlaşıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri