Moskvadakı “Abşeron” kafesində baş verən atışmada 1 nəfər ölüb

Rusiya Federasiyasının
paytaxtı Moskva şəhərinin
Parkovaya-15 küçəsində yerləşən,
azərbaycanlılara məxsus “Abşeron”
kafesində mübahisə və atışma baş
verib. APA-nın “RİA Novosti”yə
istinadən verdiyi məlumata görə,
fevralın 10-na keçən gecə baş verən
hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər
ağır yaralanıb.
Hüquq-mühafizə orqanlarından
bildiriblər ki, gecə saat 01
radələrində bir qrup müştəri kafedə
dava-dalaş salıb. Mübahisə zamanı
odlu silahdan istifadə olunub.
Nəticədə 1 nəfər öldürülüb. Ağır
yaralanan 2 nəfər xəstəxanaya
çatdırılıb. Hadisəni törədənlər qaça
bilib. Polis təhqiqat aparır. Ölən
şəxsin və yaralıların adları
açıqlanmayıb.
Şərhlər