Yanvarın 20-də Bakı ətrafında hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

20 Yanvar faciəsinin 25-ci
ildönümünün keçirilməsi ilə bağlı
“Azərbaycan Dəmir Yolları” QSC-də
Tədbirlər Planı hazırlanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin
Mətbuat Katibliyinin rəisi Nadir
Əzməmmədovun “ APA-Economics”ə
verdiyi məlumatda görə, qeyd edilən tarixlə bağlı
Abşeron şəhərətrafı zonada yanvarın 20-də saat 06:00-
dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-
gəlişin pulsuz təşkili həyata keçiriləcək.
Tədbirlər Planına əsasən, cəmiyyətin müəssisə və
təşkilatlarında 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə
bağlı anım tədbirləri keçirilir, faciə zamanı şəhid olan
və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi
yardımlar edilir.
Eyni zamanda anım günü “Azərbaycan Dəmir Yolları”
QSC-nin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.
20 yanvar tarixdə saat 12:00-da anım dəqiqəsində
qatarların hərəkəti dayandırılacaq, lokomotivlər
həyəcan fiti verəcəklər.
Şərhlər
Sosial bölməsinin xəbərləri