Bakıda “28 Mall” ticarət mərkəzində yanğın baş verib

Bakının “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində baş vermiş yanğın söndürülüb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir. İlkin versiyaya görə, yanğına səbəb elektrik naqildə qısaqapanma olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

****


Bakının Nəsimi rayonunda, “28 may” metro stansiyası yaxınlığında yerləşən “28 Mall” ticarət mərkəzində yanğın baş verib.
APA-nın məlumatına görə, yanğın binanın 4-cü mərtəbəsində başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Səbayıl və Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissələrinin 7-8 yanğınsöndürmə briqadası və təcili yardım briqadası cəlb olunub.
Ticarət mərkəzinin yanğın baş verən mərtəbəsində olan şəxslər təxliyə olunub. Baş vermiş yanğının səbəbi hələlik məlum deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri