Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunub

2006-cı
ildən bu günə kimi Azərbaycana
gələn xarici vətəndaşların sayı 1 193
742 nəfərdən 2 508 904 nəfərə,
onların turizm məqsədilə ölkəmizdə
çəkdikləri xərclər 91 mln. manatdan
1,2 mlrd. manata, ölkədə fəaliyyət
göstərən mehmanxana və
mehmanxana tipli müəssisələrin
sayı 288-dən 527-ə, sözügedən
obyektlərdə yerlərin ümumi sayı 24
706-dən 34 731-ə, turizm sahəsində
çalışan işçilərin sayı isə 5 117-dən 9
847-ə çatıb.
Bu barədə APA-ya Mədəniyyət və
Turizm Nazirliyindən verilən
məlumatda bildirilib. Məlumata
görə, nazirlik turizm sahəsində
qanunvericilik bazasının
təkmilləşdirilməsi üçün "Turizm
haqqında" yeni qanun layihəsini
hazırlayıb: ”Ümumdünya Turizm
Təşkilatının və Avropa İttifaqının
"Tvininq" layihəsinin ekspertlərinin
təklif və tövsiyələrinin yer aldığı
"Turizm haqqında" yeni Qanun
layihəsində müasir turizm
sənayesinin daha effektli idarə
olunması üçün mühüm institusional,
tənzimləyici yeniliklər və qabaqcıl
təcrübələr öz əksini tapıb”.
Nazirlikdən o da bildirilib ki,
qanunun tətbiqi Azərbaycanın
turizm potensialının daha da inkişaf
etdirilməsi, turizm sahəsində biznes
proseslərinin səmərəli istifadəsi və
dövlət tərəfindən turizm
fəaliyyətinin tənzimlənməsi və
turizm sənayesinə verilən dəstəyin
artırılmasında geniş imkanlar
yaradacaq: “Azərbaycanın turizmi
sənayesinin yaxın on il üçün əsas
inkişaf istiqamətlərini müəyyən
edən Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən hazırlanan digər bir
mühüm sənəd "2015-2024-cü illər
üçün Azərbaycanda turizmin inkişaf
strategiyası"dır”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri