Roma Papası Sultan Əhməd məscidini ziyarət etdi

Roma Papası Fransisk İstanbuldakı Sultan Əhməd məscidini ziyarət edib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Həmçinin, bu gün Papanın xristian məbədlərindən biri hesab edilən Aya Sofiya Muzey-Məscidini ziyarət edəcəyi gözlənilir.

Roma Papası Fransisk Türkiyəyə səfər edən dördüncü Roma Papasıdır.

Bunadək Türkiyəyə Papa VI Pavel (1967-ci il), Papa II İohan Pavel (1979) və Papa XVI Benedikt (2006) səfər etmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri