Nazirlər Kabineti 2015-ci ildə Azərbaycanda bayram günlərinin siyahısını açıqlayıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib.

APA-nın məlumatına görə, noyabrın 21-də qəbul edilmiş qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı olacaq.

Qurban bayramı isə 24, 25 sentyabra təsadüf edir.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri