İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana rəsmi səfərə gələn İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib, İran və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan və İran prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.

Bu gün Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri