Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib.


Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.


Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.


Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri