Bazar günü Azərbaycanın dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi güclənəcək, havanın temperaturunun gecə 8-10, gündüz 10-13, axşama doğru 5 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında sabah havanın yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara və qara keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 8-13, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri