Sabah Azərbaycanda yağmurlu hava şəraiti proqnozlaşdırılır

Sabah, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 13-15, gündüz 17-21, Bakıda gecə 13-15, gündüz 18-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər bölgələrində yağış yağacağı, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri