"Bavariya" Çempionlar Liqasının qalibidir

"Bavariya" Çempionlar Liqasının qalibidir UEFA Çempionlar Liqasının 2012/13-cü il mövsümünün qalibi məlum oldu.

həlledici görüşdə iki alman klubu - "Borussiya" Dortmund və "Bavariya" Londonun "Uembli" stadionunda üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunda Bavariya qalib olub. 2:1 hesabı ilə "Bavariya" UEFA Çempionlar Liqasının 2012/13-cü il mövsümünün çempionu adını qazanıb.

Qeyd edək ki, "Bavariya" son Almaniya çempionudursa, "Borussiya" bundan əvvəl ardıcıl iki dəfə Bundesliqanın qalibi olub. "Borussiya" tarixidə bir dəfə - 1997-ci ildə ÇL-nı qazanıb. "Bavariya" isə bu uğura dörd dəfə imza atıb. Münhen təmsilçisi sonuncu dəfə 2001-ci ildə Avropanın ən güclüsü olub. Keçən mövsüm isə finalda "Çelsi"yə uduzub.
Şərhlər
İdman bölməsinin xəbərləri