AŞPA prezidenti Azərbaycanda səfərdədir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brassör Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, artıq A. Brassör Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Sentyabrın 23-də isə qonaq Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri