Azərbaycanda daha bir mobil operatora lisenziya verilib

Azərbaycanda daha bir mobil operatora lisenziya verilib Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA simsiz rabitə operatoru bu yaxınlarda LTE (4G) texnologiyasının tezliklərini və lisenziyasını alıb.

APA-nin məlumatına görə, bu haqda jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

“Hazırda “Naxtel” Naxçıvandan savayı, Azərbaycanın digər rayonlarda da fəaliyyət göstərmək üçün müraciət edib. Birinci mərhələdə biz onun rominq xidmətlərini təşkil edəcəyik, sonradan isə onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Tezliklərin toqquşması olmasa, biz yəqin ki, bu imkanı onlara verəcəyik”, - deyə nazir qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri