Xəzəryanı ölkələrin nəqliyyat qurumları dairəvi kruiz marşrutunun yaradılması haqqında qərar qəbul ediblər

Cümə günü Həştərxanda baş tutmuş Xəzəryanı ölkələrin nəqliyyat nazirlərinin II görüşünün iştirakçıları Xəzəryanı hövzənin bütün dövlətlərini əhatə edən dəniz turizm marşrutunun təşkil edilməsi barədə qərara gəliblər.

Trend-in astrakhan.ru portalına istinadən verdiyi məlumata görə, bunu cümə günü jurnalistlərə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin brifinqdə deyiblər.

Dairəvi kruiz marşrutunun yaradılması Xəzəryanı ölkələr arasında mütəmadi dəniz gəmiçiliyinin ümumi inkişafına xidmət edəcək. Həştərxan qubernatonunun fikrincə, Xəzəryanı ölkələr arasında sərnişin kruiz daşımalarına tələbat yüksək olacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri