Ukraynada separatçılar “Buk” raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar

Ukraynanın şərqində separatçılar “Buk” zenit-raket sistemindən “MiQ-29” qırıcı təyyarəsini vurublar.

APA-nın “UNN”ə istinadən verdiyi xəbərə görə, bu barədə Antiterror Əməliyyatın sözçüsü Vladislav Seleznyov bildirib.

“Yenakiyevo rayonunda terrorçular “Buk” zenit-raket sistemindən Ukrayna ordusuna məxsus “MiQ-29” qırıcı təyyarəsini vurublar. Dinc sakinlər arasında itkilərin qarşını almaq məqsədilə pilot təyyarəni yaşayış məntəqəsindən kənara aparıb. Qırıcı təyyarə Qorlovkanın şimal-qərbində düşüb. Hazırda xilasetmə-axtarış əməliyyatı həyata keçirilir”, deyə Seleznyov bildirib.

Onun sözlərinə görə, pilot katapult edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri