Saakaşvili: Gürcüstandan Azərbaycana təxribat olacaq

Bu sözləri hazırda ABŞ-da olan Gürcüstanın eks prezidenti Mixail Saakaşvili "Rustavi 2" kanalına müsahibəsində deyib.

ANS-in məlumatına görə, Saakaşvili müsahibəsində bildirib ki, "Azərbaycan bizim əsas strateji müttəfiqimizdir və mənim narahatlığım bizim hazırki vəziyyətdə bu dost ölkə ilə yaşadığımız ümumi konteksdəndir. Qeyd etməliyəm ki, hazırda Tbilisidə Əliyevə qarşı çıxış edən İvanişvili kimi rusyönlü insanlar oturub. Mən dəqiq bilirəm ki, bir neçə həftə bundan qabaq fəaliyyəti Azərbaycan prezidentinə qarşı olan Rusiyanın FTB-sinin nümayəndəsi Bidzina İvanişvili ilə görüş keçirib”.

Qeyd edək ki, hazırda şəhər məhkəməsi tərəfindən qiyabi həbs olunan Saakaşvili heç bir ölkədən sığınac almaq fikri olmadığını bildirib. O deyib ki, “Mənə siyasi sığınacaq lazım deyil. Onsuzda məni bütün ölkələrdə məmnuniyyətlə qarşılayırlar”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri