Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb

Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi rəisinin müavini Aleksandr Qavrilov deyib.

Moskva merinin müavini Pyotr Biryukov isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq 12 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, hazırda Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.


***
Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 16-ya çatıb.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks”ın səhiyyə strukturlarına istinadən yaydığı məlumatda bildirilir.

Moskva Nəqliyyat Departamentinin rəhbəri Maksim Liksutov terror aktı versiyasını istisna edib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Artıq Rusiya prezidenti Vladimir Putin hadisə ilə bağlı məlumatlandırılıb.



***
Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 10-a çatıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri