"İnter" klubu Avropa Liqasının növbəti mərhələsinə keçdi

"İnter" klubu Avropa Liqasının növbəti mərhələsinə keçdi Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, Moldovada "Tiraspol" klubu Bakının "İnter" klubunun qonağı olub.

Oyun 3:1 hesabı ilə "İnter"-in xeyrinə bitib.

Qol: Bulat, 6 (0:1), Arif Dəşdəmirov, 79 (1:1), Baçana Sxadadze 84 (2:1), Mirzağa Hüseynpur, 90+1 (3:1).

Beləliklə, səfərdə keçirilən ilk oyunda 3:2 hesablı qələbə qazanan Kaxaber Sxadadzenin komandası növbəti mərhələyə adladı.
Şərhlər
İdman bölməsinin xəbərləri