Azərbaycanda təyyarə qəzaya uğrayıb

  • 10.07.2014, 21:13,
  • ---
  • 0
Bakıda təyyarə qəzaya uğrayıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsinə qeydə alınıb.

“Azərbaycan Hava Yolları” QSC-yə məxsus “CESSNA” markalı iki nəfərlik təlim təyyarəsi Zabrat aeroportundan havaya qalxıb. Lakin təyyarədə yaranan nasazlıq səbəbindən bir az sonra boş ərazidə qəzaya uğrayıb.

Hadisə zamanı xəsarət alan olmayıb.
Şərhlər