“Neftçi” Avropa Liqasına III mərhələdən başlaya bilər

“Neftçi” Avropa Liqasında mübarizəyə III mərhələdən başlaya bilər. ApA xəbər verir ki, buna səbəb “Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) matçının nəticəsinin şübhəli sayılmasıdı.
 
II təsnifat mərhələsinin ilk oyununda sloveniyalılar səfərdə 5:0 hesablı qələbə qazanıb.  Qitə futbol qurumu UEFA isə qarşılaşmanın danışılmış olmasından şübhələndiyindən araşdırmalara başlayıb.
 
Şübhələrə əsas yaradan “Koper”in rəqibin qapısına asanlıqla 5 cavabsız qol vurmasıdı. Həmçinin, buraxılan ilk qolda “Çelik”in qapıçısının hərəkətləri diqqət çəkib.
 
Fakt təsdiqlənərsə, hər iki klub cəzalanacaq.
 
“Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) cütünün qalibi isə II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmalıdı. Əgər UEFA hər iki komandanı cəzalandırarsa, onda “Neftçi” mübarizəyə avtomatik olaraq, III mərhələdən başlayacaq. 
Şərhlər
İdman bölməsinin xəbərləri