Mikayıl Cabbarov: “Təhsil sistemində maliyyələşdirmə modelinin qurulması üçün görüləsi çox iş var”

“Ali təhsil sistemində adambaşına maliyyələşmənin tətbiqi ali təhsil məsələlərində maliyyə muxtariyyətinin əsasını qoyub, öz gəlirlərini ehtiyaclarına uyücləndirib. Onun sözlərinə görə, artıq bir çox ali məktəblər bu sahədə müəyyən təcrübə qazanıblar: “Dövlət sifarişinin adambaşına maliyyələşmə prinsipinin üzərində qurulması dolayısı ilə ali məktəblərin reytinqini müəyyən etməklə onlar arasında sağlam rəqabət yaradıb. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 5 əsas istiqamətindən biri dünyanın aparıcı təhsil standartları ilə eyni səviyyədə olan maliyyələşdirmə modelinin qurulmasını ehtiva edir. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur. İlkin mərhələdə ən böyük hədəf daxili xərclər strukturunun optimallaşdırılması və təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsidir. Onu da unutmamalıyıq ki, aparılan islahatların mərkəzində tələbələr durur. Atılan addımların əsas məqsədi onların təhsillərində keyfiyyət artımına nail olmaqdır”. 
Şərhlər
Sosial bölməsinin xəbərləri