Azərbaycanda ölən şəxsin krediti ilə bağlı sığorta ödənişinin verilməsinə dair tələblər müəyyənləşir

Azərbaycanda kredit müqavilələri üzrə borcalanın öldüyü və əmək qabiliyyətini itirdiyi hallarda sığorta şirkətləri tərəfindən sığorta ödənişinin ödənilməsinə dair tələblər müəyyənləşir.

 
APA-nin verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” layihəsinə əsasən,  sığorta olunan öldüyü halda borc verən olan faydalanan şəxsə sığorta ödənişi ona sığorta olunanın kredit müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə qalan borc məbləğində veriləcək.
 
Sığorta ödənişi qeyd olunan məbləğdən çox olduqda qalan məbləğ sığorta müqaviləsində göstərilən digər faydalanan şəxsə, belə şəxs mövcud olmadıqda isə sığorta olunanın vərəsələrinə ödəniləcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri