Azərbaycan klublarının ÇL və Avroliqadakı rəqibləri məlum oldu

Azərbaycan klublarının ÇL və Avroliqadakı rəqibləri məlum oldu Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.


Püşkatma nəticəsində Azərbaycanın, "İnter" və "Qəbələ" klublarının I təsnifat mərhələsindəki rəqibləri məlum olub:


"Elfsborq" (İsveç) - "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)
"Mlada Boleslav" (Çexiya) - "Qəbələ" (Azərbaycan) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina)

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.


Ölkə kubokunun son qalibi "Neftçi" isə II təsnifat mərhələsində "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) oyununun qalibi ilə qarşılaşacaq.


İkinci təsnifat mərhələsinin oyunları isə 17-24 iyul tarixlərində keçiriləcək.


Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ"ın isə Çempionlar Liqasında rəqibi Maltanın "Valletta" komandası ilə olacaq.




Trend
Şərhlər
İdman bölməsinin xəbərləri